Bəhreyn bazasında yerləşən ABŞ donanması açıq sulara çıxıb
26 Fevral 2026 14:48   Paylaş

Bəhreyndəki hərbi bazada yerləşən ABŞ Sahil Mühafizəsinə məxsus gəmilər qrupu bazanı tərk edərək ABŞ donanması Fars körfəzi sularına çıxıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi ABŞ-nin "Planet Labs" şirkətinin çərşənbə axşamı çəkdiyi peyk görüntülərinə istinadən məlumat yayıb.

Əvvəllər ABŞ-nin Bəhreyndəki 5-ci donanmasının hərbi dəniz bazasında daimi olaraq Sahil Mühafizəsinin altı gəmisi yerləşirdi. ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) vəziyyətin şərhindən imtina edib.

Agentlik xatırladıb ki, ötən ilin iyununda İranın Qətərə hücumundan əvvəl 5-ci donanma analoji şəkildə potensial hücumdan qorunmaq üçün öz gəmilərini bazadan çıxararaq dənizdə müxtəlif istiqamətlərə paylamışdı.

Birləşmiş Ştatların Hərbi Dəniz İnstitutunun məlumatına görə, Fars körfəzinin şərqində, Hörmüz boğazı yaxınlığında ABŞ-nin "USS Mitscher" və "USS Michael Murphy" raket esminesləri, həmçinin "USS Canberra" sahil zonası döyüş gəmisi qalmaqda davam edir. Onların yerləşmə yerinin dəyişməsi barədə məlumat yoxdur. Bununla belə, daha əvvəl iki sahil zonası döyüş gəmisi - "USS Tulsa" və "USS Santa Barbara" artıq Fars körfəzindən çıxarılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol