BƏƏ raket və PUA hücumuna məruz qalıb
4 May 2026 22:45   05 May 2026 00:14 Paylaş

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) raket hücumuna məruz qalıb. İrandan atıldığı bildirilən 4 qanadlı raketin üçü səmada zərərsizləşdirilib, biri isə dənizə düşüb.

"Stabil.az" yerli mediaya istinadla xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Fuzeyrada “Fauz” neft sənayesi rayonunda PUA hücumu nəticəsində yanğın baş verib. Mülki Müdafiə Qüvvələri yanğının söndürülməsinə başlayıblar.

Eyni zamanda, gün ərzində BƏƏ-nin ADNOC şirkətinə məxsus neft tankeri Hörmüz boğazından keçərkən iki PUA ilə hədəfə alınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol