BƏƏ-nin Əl-Dəfra hava bazasına 12 ədəd ABŞ qırıcısı yerləşdirilib
25 Aprel 2026 10:12   Paylaş

ABŞ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Əl-Dəfra Hava Bazasına Dəniz Piyada Korpusuna məxsus 12 ədəd F/A-18C/D qırıcısından ibarət eskadrilya yerləşdirib.

"Stabil.az" xəbər verir ki, bu barədə Hərbi Hava İzləmə Alyansı məlumat yayıb.

Məlumata görə, təyyarələr əvvəlcə Portuqaliyanın Azor adalarındakı Lajes hava bazasına eniş edib, daha sonra BƏƏ-yə göndərilib.

Əl-Dəfra bazası İran sahillərinə yaxın strateji mövqedə yerləşir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol