BEA bazara rekord həcmdə neft buraxmağı təklif edib
11 Mart 2026 12:06   11 Mar 2026 13:17 Paylaş

Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərq münaqişəsi fonunda qiymət artımlarını məhdudlaşdırmaq üçün strateji ehtiyatlardan 182 milyon bareldən çox neft buraxmağı təklif edib.

"Stabil.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, bu həcm BEA ölkələri tərəfindən 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanğıcında dövriyyəyə buraxılan 182 milyon bareli ötəcək.

Təklif çərşənbə axşamı günü BEA-ya üzv ölkələrin fövqəladə iclasında irəli sürülüb. Qərarın bu gün qəbul edilməsi gözlənilir. Mənbələr qeyd edirlər ki, əgər təklif bütün 32 BEA ölkəsi tərəfindən dəstəklənərsə, qərar təsdiqlənəcək.

Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr hazırda 1,2 milyard bareldən çox strateji neft ehtiyatına, eləcə də dövlət mülkiyyətinə məxsus 600 milyon barel sənaye ehtiyatlarına malikdir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol