Bayram səbəbindən Çin bağlamalarında müvəqqəti fasilələr gözlənilir
13 Fevral 2026 17:55   Paylaş

Çindən Azərbaycana göndərilən bağlamalarda müvəqqəti fasilələr və gecikmələr yarana bilər.

"Stabil.az"ın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) açıqlama verib.

Məlumata əsasən, Çin Xalq Respublikasında fevralın 15-dən 23-dək bayram günləri ilə əlaqədar rəsmi qeyri-iş günləri olacaq. Bu dövrdə Çin ərazisində fəaliyyət göstərən anbarların çoxunda iş rejimində məhdudiyyətlər tətbiq olunacaq. Nəticədə bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr və gecikmələr müşahidə oluna bilər.

İKTA qeyd edib ki, göndəriş prosesləri bayramdan sonra mərhələli şəkildə bərpa olunacaq və istifadəçilər sifarişlərini planlaşdırarkən bu məqamları nəzərə almalıdırlar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol