"Bavariya"nın qapıçısı Manuel Noyer "Ştutqart"la final matçında iştirak etməyəcək
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya Kubokunun finalında "Ştutqart"a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
"Stabil.az" xəbər verir ki, Münhen təmsilçisi 40 yaşlı qolkiperi matçın iştirak ərizəsinə daxil etməyib.
Qarşılaşma mayın 23-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, Manuel Noyer Bundesliqanın XXXIV turunda "Köln"ə qalib gəldikləri matçın (5:1) 60-cı dəqiqəsində əvəzlənmişdi. O, DÇ-2026 üçün Almaniya millisinə dəvət alıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





