“Bavariya”nın Çempionlar Liqasında inanılmaz ev seriyası
11 Sentyabr 2026 11:20   11 Sep 2026 12:58 Paylaş

Almaniyanın "Bavariya" komandası UEFA Çempionlar Liqasında uğurlu seriyasını davam etdirir.

Report.az xəbər verir ki, Münhen təmsilçisi turnirin əsas (qrup) mərhələsində keçirdiyi son 39 ev oyununda məğlub olmayıb.

Komanda bu qarşılaşmaların 37-də qələbə qazanıb, 2 matçda isə heç-heçə edib. "Bavariya" 13 ildir davam edən seriyasını qoruyur.

Almaniya təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin "Budyo-Qlimt" komandasını 5:0 hesabı ilə məğlub edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol