Baş Prokurorluq 2025-ci ilin cinayət statistikası ilə bağlı məlumat verib
2025-ci ildə Azərbaycanda 31 852 cinayət hadisəsi qeydə alınıb.
"Stabil.az" xəbər verir ki, bu məlumat Baş Prokurorluğun 2025-ci ilin yekununa dair Kollegiya iclasında açıqlanıb.
Bildirilir ki, həmin cinayətlərin 90,5 %-i açılıb və ölkə üzrə 15 766 cinayət işinin istintaqı tamamlanıb. Onlardan 1 063-ü birbaşa prokurorluq orqanlarında araşdırılıb.
Prokurorluq tərəfindən 700, digər istintaq qurumları ilə birlikdə isə 11 934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış işlər və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat maddi ziyan müəyyən olunub. İstintaq tədbirləri ilə bu ziyanın 59,5 %-i, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsi təmin edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





