Baş prokuror Türkiyəyə səfər edib
9 Fevral 2026 16:07   Paylaş

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 9-da İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin dəvəti ilə Türkiyəyə işgüzar səfər edib.

"Stabil.az" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İstanbulun Sarıyer bölgəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin burada ucaldılan abidəsi önünə əklil qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Baş prokuror Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək, önünə gül dəstələri qoyub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol