Baş nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 504 milyon manat maliyyə dəstəyi ayrılıb
Ötən il Azərbaycan hökuməti kənd təsərrüfatı istehsalçılarına 504 milyon manat maliyyə dəstəyi verib. Bu, ərzaq təhlükəsizliyinin təmin olunması və sektorda dayanıqlı inkişafın təminatı üçün atılmış mühüm addımdır.
"Stabil.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təmini, suvarma sahələrinin genişləndirilməsi və digər tədbirlərin maliyyə təminatı üçün 539 milyon manat məbləğində vəsait yönəldilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





