Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclasında turizmin inkişafı müzakirə edilib
8 May 2026 17:25   08 May 2026 17:32 Paylaş

Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında ölkədə turizm sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub.

"Stabil.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi və turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda turizm sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol