Baş nazir Əli Əsədov bp-nin yeni rəhbərliyi ilə görüşüb
12 May 2026 13:43   Paylaş

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 12-də bp şirkətinin yeni Baş icraçı direktoru Meq Onilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Stabil.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan ilə bp arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar.

Qarşılıqlı faydalı əməkdaşlığın M.Onilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub.

bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin ölkənin enerji sektorunun inkişafında rolu vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol