Barselonaya zərbə: Frenki de Yonq 1 ay oynamayacaq
26 Fevral 2026 20:49   27 Feb 2026 01:21 Paylaş

İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın son məşqi zamanı zədələnib.

"Stabil.az" "AS" nəşrinə istinadən xəbər verir ki, ilkin tibbi müayinə 28 yaşlı niderlandlı futbolçunun budunun arxa əzələsində yırtıq olduğunu üzə çıxarıb.

Onun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

De Yonq 2025/2026 mövsümündə Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 31 oyunda iştirak edib, 1 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Frenki de Yonqun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol