Barselona metrosunda yanğın: 137 nəfər tüstüdən zəhərlənib
28 İyul 2026 12:41   Paylaş

Barselona metrosunda qeydə alınan yanğın nəticəsində 137 nəfər tüstüdən zəhərlənib, onlardan 40 nəfəri xəstəxanaya çatdırılıb.

"Stabil.az"ın La Vanguardia-ya istinadən verdiyi məlumata görə, yanğın axşam saatlarında "Klot" və "Qlories" stansiyaları arasında baş verib.

Belə ki, maşinist alovu təxminən 50 metr məsafədən görüb, qatarı təcili dayandırıb və xilasediciləri çağırıb. Lakin güclü tüstülənmə səbəbindən sərnişinlər yanğınsöndürənlərin gəlməsini gözləməyib, vaqonların qapılarını açaraq tunel vasitəsilə özləri təxliyə olunublar. Hadisə zamanı qatarda təxminən 300 nəfər olub.

İlkin məlumata görə, yanğının səbəbi tuneldəki kontakt şəbəkəsinin zədələnməsi olub. Hadisə səbəbindən metro xəttində hərəkət demək olar ki, tamamilə dayanıb. Hərəkətin iyulun 28-i səhər bərpa olunması planlaşdırılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol