Barselona Mançester Sitinin yarımmüdafiəçisi Rodrinin transferi üçün hərəkətə keçib
6 Avqust 2026 15:16   Paylaş

İspaniyanın "Barselona" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir.

"Stabil.az" "The Athletic"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı ispaniyalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb.

"Barselona"nın Rodriyə marağı Frenki de Yonqun zədələnməsi və uzun müddətə sıradan çıxması ilə bağlıdır. Keçidi reallaşdırmaq üçün Kataloniya klubu heyətdə yer açmalı və maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir və ya bir neçə futbolçusunu satmalıdır.

Daha əvvəl Madrid "Real"ının da Rodrinin transferi ilə bağlı danışıqlar apardığı bildirilirdi.

Qeyd edək ki, 2019-cu ilin yayından "Mançester Siti"də çıxış edən Rodri bu komandada keçirdiyi 298 matçda 28 qol vurub və 32 məhsuldar ötürmə müəllifi olub. O, İspaniya yığmasının qalib gəldiyi DÇ-2026-nın ən yaxşı futbolçusu seçilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol