“Barselona” La Liqada tarixi göstəriciyə imza atıb
“Barselona” doğma meydanda “Betis” üzərində 3:1 hesablı qələbə qazanaraq İspaniya La Liqasında tarixi nəticəyə imza atıb.
"Stabil.az" "Opta" statistika portalına istinadən xəbər verir ki, Kataloniya klubu çempionatın 38 turdan (19 ev oyunu) ibarət formatda keçirildiyi dövrdə "doğma divarlar" arasında bütün matçlarda qələbə qazanan ilk komanda olub.
Bu, turnir tarixində 1985/1986 mövsümündən bəri ilk belə hadisədir. Həmin vaxt Madrid "Real"ı öz meydanında keçirdiyi 17 oyunun hamısında qalib gəlmişdi.
Qeyd edək ki, "Barselona" 2025/2026 mövsümündə İspaniya çempionluğunu vaxtından əvvəl təmin edib. Komandanın 37 oyundan sonra 94 xalı var. Kataloniyalılar doğma meydanda keçirdikləri 19 qarşılaşmada 57 qol vurub, qapılarında isə 10 qol görüblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





