Barselona Kərim Adeyeminin transferini açıqlayıb
23 İyul 2026 17:50   Paylaş

İspaniyanın "Barselona" klubu Almaniyanın Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyeminin transferini rəsmən açıqlayıb.

"Stabil.az" Kataloniya təmsilçisinə istinadən xəbər verir ki, futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.

Son 4 mövsümü "Borussiya"da keçirən almaniyalı hücumçu Bundesliqa və UEFA Çempionlar Liqasında 48 oyuna çıxıb.

Qeyd edək ki, ötən mövsüm UEFA Çempionlar Liqasında "Barselona"ya qarşı 2 oyunda meydanda olan hücumçu yay fasiləsindən sonra mövsümöncəsi hazırlıqlara qoşulacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol