“Barselona” “Espanyol”un hücumçusunu transfer etmək istəyir
17 Sentyabr 2026 16:55   17 Sep 2026 17:18 Paylaş

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır.

"Stabil.az" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib.

Bildirilir ki, Fernandesin namizədliyi "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin xahişi ilə nəzərdən keçirilib.

R.Fernandesin transferində İtaliyanın "Fiorentina" və "Komo", həmçinin İngiltərənin "Hall Siti" klublarının da maraqlı olduğu qeyd edilir.

Onun "Espanyol"la müqaviləsinin müddəti 2031-ci ildə başa çatacaq. Futbolçunun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.

Roberto Fernandes cari mövsüm La Liqada 6 oyunda meydana çıxıb və 6 qol vurub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol