Barselona Alvares üçün 130 milyon avro təklif etməyə hazırlaşır
10 İyul 2026 20:19   Paylaş

"Barselona" rəhbərliyi "Atletiko"nun hücumçusu Xulian Alvaresin transferi üzrə danışıqları davam etdirir və dünya çempionatından sonra 130 milyon avro təklif etməyi nəzərdə tutur.

"Stabil.az" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi dünya çempionatından sonra hücumçu üçün qarşı tərəfə 130 milyon avro təklif etmək niyyətindədir.

Bu, hazırkı ölkə çempionunun oyunçuya görə ödəyə biləcəyi maksimum məbləğdir.

Xatırladaq ki, Xulian Alvares ötən mövsüm "Atletiko"nun heyətində 49 oyuna 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. DÇ-2026 iyulun 19-da başa çatacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol