Banqladeşdə avtobus Padma çayına düşüb, 25 nəfər ölüb
Banqladeşdə sərnişin avtobusunun Padma çayına düşməsi nəticəsində azı 25 nəfər həyatını itirib.
"Stabil.az" xəbər verir ki, bu barədə yanğından mühafizə və mülki müdafiə xidmətinin nümayəndəsinə istinadən yerli "The Daily Star" nəşri məlumat yayıb.
Sərnişin avtobusu Banqladeşin mərkəzi hissəsində pontonda bərəyə minməyi gözləyərkən çaya düşüb. Nəqliyyat vasitəsində 40-a yaxın insan olub. Xilasedicilər hadisədən bir neçə saat sonra avtobusu çayın dibindən çıxarıblar.
"Axtarış-xilasetmə işləri ordu, polis, sahil mühafizəsi və yerli administrasiyanın dəstəyi ilə 10 dalğıc da daxil olmaqla dörd bölmə tərəfindən həyata keçirilib", - yanğından mühafizə xidmətindən bildirilib.
Hazırda ölən 25 nəfərdən 23-nün şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında qadınlar və uşaqlar var. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





