Banqkok və Tehran arasında Hörmüz boğazı vasitəsilə neft daşınması ilə bağlı danışıqlar aparılıb
Tailand İranla neft daşımalarının Hörmüz boğazı vasitəsilə təhlükəsiz şəkildə həyata keçirilməsini müzakirə edib.
"Stabil.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Tailandın Baş naziri Anuthin Çanvirakun mətbuat konfransında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, hökumət Tailandın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün səylərini artırıb, əsas amillərdən biri isə İranla neftin Hörmüz boğazı vasitəsilə təhlükəsiz nəql marşrutlarının qorunması ilə bağlı danışıqlar olub. Bu isə tədarükdə fasilələrin yaranması təhlükəsini azaltmağa kömək edib.
"Neft qiymətlərinin dəyişməsinin səbəb olduğu narahatlığa görə xalqdan üzr istəməliyəm. İctimaiyyəti əmin edirik ki, neft ehtiyatlarımız kifayət qədərdir", - Baş nazir bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




