Bako Sahakyan 20 il həbs cəzasına məhkum edilib
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının cinayət məsuliyyətinə cəlb olunduğu məhkəmə prosesində növbəti hökm açıqlanıb.
"Stabil.az"xəbər verir ki, hökmə əsasən, təqsirləndirilən Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun ömürlük həbs cəzası nəzərdə tutan cinayətlərdə ittiham olunmasına baxmayaraq, 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən ömürlük həbs cəzası təyin edilə bilməyib. Dövlət ittihamçıları da Bako Sahakyanın 20 il həbs olunmasını tövsiyə etmişdilər.
Qeyd olunur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını pozma, terrorçuluq və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





