Bakının məscidlərində bayram namazı qılınıb
Müqəddəs Ramazan bayramı münasibətilə martın 20-də Bakıda bayram namazı qılınıb.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.
Bayram namazına Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da qatılıblar.
Namazın ardından dualar edilib, dünyamıza sülh, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulanıb. Allahdan Ordumuza güc-qüvvət, yaralılara şəfa, şəhidlərimizə rəhmət dilənib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




