Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastlarının heyəti açıqlanıb
2 İyun 2026 17:48   Paylaş

Bakının ev sahibliyi edəcəyi Dünya Kubokunda çıxış edəcək Azərbaycanın akrobatika gimnastlarının siyahısı bəlli olub.

"Stabil.az" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verib ki, yarışda milli komandanın 7 idmançısı bacarığını nümayiş etdirəcək.

Daniel Abbasov-Murad Rəfiyev və Seymur Cəfərov-Rəsul Seyidlidən ibarət kişi cütlükləri, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu medallar uğrunda yarışacaq.

Qeyd edək ki, iyunun 5-7-də Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 10-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol