Bakıda və regionlarda sulu qar və qar yağıb
Yanvarın 20-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə sulu qar və qar yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.
Yağan qarın hündürlüyü belədir: Lerikdə 85 sm, Əlibəydə (Zaqatala) 42 sm, Kəlbəcərdə 40 sm, Yardımlıda 38 sm, Laçın, Qubadlı və Şahbuzda 35 sm, Şuşada 25 sm, Sarıbaş (Qax) və Kişçayda (Şəki) 23 sm, Xızıda 20 sm, Quba, Xankəndi və Xaltanda 17 sm, Qusar və Şərurda 13 sm, Qobustanda 12 sm, Xocalı, Göygöl, Şahdağ və Oğuzda 7 sm, Sədərək və Gədəbəydə 6 sm, Ağdam, Füzuli və Ceyrançöldə 5 sm, Göyçay, Tovuz və Daşkəsəndə 4 sm, Tərtər və Qəbələdə 3 sm, Balakən, Bərdə və Naxçıvanda 2 sm, Mingəçevir, Şəmkir, İsmayıllı, Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda isə 1 sm təşkil edib.
Yağıntının miqdarı Lənkəranda 86 mm (aylıq normanın 90 faizi), Astarada 69 mm (aylıq normanın 70 faizi), Cəlilabadda 49 mm (aylıq normanın 77 faizi), Beyləqanda 25 mm, İmişlidə 13 mm, Yevlaxda 10 mm, Saatlı və Sabirabadda 5 mm, Kürdəmir və Biləsuvarda 4 mm, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçalada 2 mm, Ağsu, Xaçmaz və Naftalanda isə 1 mm olub.
Bir sıra ərazilərdə şimal küləyi əsir; onun maksimal sürəti Salyan və Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17 m/s-ə çatır.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ, Xaltan, Oğuz, Qusar və Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Minimal hava temperaturu Bakıda və Abşeron yarımadasında +1°C, Aran rayonlarında +1°C, Naxçıvan Muxtar Respublikasında −13°C, dağlıq rayonlarda −9°C, yüksək dağlıq ərazilərdə isə −16°C təşkil edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





