Bakıda və rayonlarda sabah yağış və qar gözlənilir
Yanvarın 28-də Azərbaycanda hava şəraiti açıqlanıb.
"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağıntı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2–4, gündüz 5–9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 75–85 % təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntı və qar olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşməsi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda güclənəcək.
Gecə havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 5–9 dərəcə isti, dağlarda gecə 5–10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 11–13 dərəcə şaxta, gündüz isə 0–5 dərəcə şaxta təşkil edəcək.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





