Bakıda və Abşeron yarımadasında sabah hava buludlu olacaq
Fevralın 22-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə az çiskin, axşam isə yağış gözlənilir.
"Stabil.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





