Bakıda və Abşeron yarımadasında külək güclənib, bəzi bölgələrdə yağıntı var
27 Aprel 2026 21:26   Paylaş

Aprelin 27-si saat 18:00-a olan məlumata əsasən, ölkənin bəzi ərazilərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.

Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol