Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti hökm sürür
16 Fevral 2026 11:44   Paylaş

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.

"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol