Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib
13 Fevral 2026 14:57   Paylaş

Bakıda Müdafiə Nazirliyi ilə NATO arasında əməkdaşlıq çərçivəsində Alyansın Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən kurs təşkil olunub.

“Stabil.az"ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, “NATO-da logistikanın planlaşdırılması” mövzusuna həsr olunan kurs zamanı “Əməliyyat planlama prosesində logistikanın təşkili” ssenarisi üzrə nəzəri və praktiki məşğələlər keçirilib.

Eyni zamanda hərbi qulluqçulara NATO barədə ümumi məlumat və logistika sahəsinə dair müxtəlif brifinqlər təqdim olunub.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol