Bakıda NATO ilə Azərbaycan arasında təlim keçirilir
17 Fevral 2026 14:17   Paylaş

Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026” təlim kursu keçirilir.

"Stabil.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kurs Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunub. İştirakçılara əvvəlcə mövzu, ssenari və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı məlumat verilib.

Kursun əsas məqsədi beynəlxalq hərbi əməkdaşlığın inkişafı, birgə fəaliyyətin və uyarlılıq səviyyəsinin artırılması, həmçinin təcrübə mübadiləsinin genişləndirilməsidir.

Təlimdə Azərbaycan tərəfdən 28, NATO-ya üzv və tərəfdaş ölkələrdən isə 38 nəfər iştirak edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol