Bakıda keçiriləcək WUF13-də 41 ölkənin milli pavilyonu nümayiş etdiriləcək
13 May 2026 16:09   Paylaş

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 41 ölkə pavilyonla iştirak edəcək.

"Stabil.az" "Report"a  istinadən xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı görülən işlərlə bağlı media nümayəndələrinə məlumat verərkən deyib.

Onun sözlərinə görə, WUF13 ilə bağlı "Urban Expo" zonası 3,5 hektar sahəni əhatə edir:

"Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşəcək. Azərbaycan pavilyonunun sahəsi 1500 kvadratmetrdir".

A.Məmmədov həmçinin bildirib ki, tədbirə 14-ə yaxın ölkənin bələdiyyə nümayəndəsi qatılacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol