Bakıda keçiriləcək U-17 dünya çempionatının biletləri satışa çıxarılıb
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı başlayıb.
"Stabil.az" bu barədə Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verib.
Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytı vasitəsilə onlayn qaydada, eləcə də iTicket-in satış məntəqələrindən əldə etmək mümkündür. Bilet qiymətləri 2 və 5 manat təşkil edir.
Yarış proqramı hər gün iki sessiyadan ibarət olacaq:
Gündüz sessiyası (10:30–14:30)
İlkin qarşılaşmalar keçiriləcək və idmançılar yarımfinal mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaqlar.
Axşam sessiyası (17:00–20:00)
Yarımfinal görüşləri, medal uğrunda qarşılaşmalar və mükafatlandırma mərasimləri baş tutacaq.
Bir biletlə həm gündüz, həm də axşam sessiyasını izləmək, eyni zamanda sessiyalar arasında Milli Gimnastika Arenasında fəaliyyət göstərəcək fan zonada azarkeşlər üçün müxtəlif əyləncəli proqramlar, interaktiv oyunlar, tanınmış güləşçilərin imza mərasimləri və s. tədbirlərdə iştirak etmək mümkündür.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





