Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib
17 Sentyabr 2026 12:46   17 Sep 2026 13:59 Paylaş

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün artıq 82 ölkə idmançıları qeydiyyatdan keçib.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu rəqəmin 90-ı keçəcəyi gözlənilir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də Bakıya gələcək.

40-dan çox ölkədən yarış üçün bilet alınıb, 200-dən çox media nümayəndəsi isə akkreditasiyadan keçib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol