Bakıda IsDB və Labuan arasında İslam maliyyələşdirilməsinə dair memorandum imzalanıb
17 İyun 2026 12:57   Paylaş

IsDB Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində IsDB İnstitutu ilə Labuan Maliyyə Xidmətləri İdarəsi arasında İslam maliyyələşdirilməsinin inkişafını nəzərdə tutan anlaşma memorandumlarının mübadiləsi həyata keçirilib.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, sənəd İslam maliyyələşdirilməsi sahəsində əməkdaşlıq üçün səmərəli platformanın yaradılmasına yönəlib.

Memorandum IsDB İnstitutu tərəfindən Labuan Beynəlxalq Biznes və Maliyyə Mərkəzi bazasında hazırlanmış "Əl-Kaa" azad zonalarının innovativ konsepsiyasının hazırlanması və mümkün tətbiqi məqsədilə texniki qarşılıqlı fəaliyyətin inkişafını nəzərdə tutur.

Sənədləri Labuan Maliyyə Xidmətləri İdarəsinin baş direktoru Afendi Raşti və IsDB İnstitutunun baş direktoru vəzifələrini icra edən Sami Əl-Suvaylem mübadilə ediblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol