Bakıda ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
19 İyun 2026 16:52   Paylaş

Bakıda ilk dəfə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Avropa Su İdmanı Federasiyasının (European Aquatics) konfransı keçiriləcək.

"Stabil.az" ASF-yə istinadən xəbər verir ki, qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda bir araya gələcək su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, baş tutmuş və gələcək layihələri müzakirə edəcəklər.

Tədbir oktyabrın 10-da təşkil olunacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol