Bakıda cinayət işləri üzrə vurulmuş ziyanın 73,2 %-i ödənilib
Bu ilin birinci yarımilində Bakı şəhərində prokurorluq orqanlarının ibtidai istintaqını tamamladığı cinayət işləri üzrə vurulmuş ziyanın 73,2%-i ödənilib.
"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda bu ilin birinci yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, sözügedən dövr ərzində ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat məbləğində maddi ziyanın 6 milyon 432 min 712 manatı və ya 73,2 %-nin ödənilməsi təmin edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





