Bakıda bədii gimnastika üzrə Avropa Kuboku başlayır
30 Aprel 2026 13:29   Paylaş

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna start veriləcək.

"Stabil.az" xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarış saat 12:00-da başlayacaq.

İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərəcəklər.

Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edəcəklər.

Avropa Kuboku mayın 3-də başa çatacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol