Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur
4 Sentyabr 2026 11:14   04 Sep 2026 12:14 Paylaş

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və “LİNKS Europe” Fondunun təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa keçirilir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, dəyirmi masanın əsas məqsədi Avropa-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini, inkişaf perspektivlərini müzakirə etmək, tarixi təcrübədən irəli gələn nəticələri nəzərdən keçirmək, həmçinin gələcəkdə daha sıx və səmərəli əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları dəyərləndirməkdir.

Xatırladaq ki, bu, BMTMM-in təşəbbüskarı olduğu ilk belə tədbir deyil. Mərkəz daha əvvəl Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfranslarını, Azərbaycan-ABŞ və Azərbaycan-Türkiyə beyin mərkəzləri forumlarını təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol