Bakıda "Azerbaijan Junior Open 2026" beynəlxalq badminton turniri keçiriləcək
Avqustun 14-dən 16-dək Bakıda badminton üzrə "Azerbaijan Junior Open 2026" beynəlxalq turniri keçiriləcək.
"Stabil.az" Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, badminton zalında təşkil olunacaq yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar.
Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları - təxminən 8 500 manat təşkil edir.
Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ümumilikdə 22 yeniyetmə badmintonçu - 13 qız və 9 oğlan idmançı ilə təmsil olunacaq.
Beş kateqoriya üzrə keçiriləcək yarışlara avqustun 14-də saat 09:00-da start veriləcək. Turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.
Yarışın baş hakimi yunanıstanlı mütəxəssis Xristos Evangelidis olacaq.
"Azerbaijan Junior Open 2026" Azərbaycanda "Junior International Series" kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir.
Turnirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmə badmintonçuların beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və idmançılar arasında rəqabət mühitinin gücləndirilməsidir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





