Bakı WUF13-ə hazırlaşır: Yollarda xüsusi zolaqlar təşkil olunacaq
4 May 2026 18:27   04 May 2026 20:39 Paylaş

WUF13 sessiyasının loqistik hazırlıqları çərçivəsində Bakının nəqliyyat infrastrukturunda müvəqqəti dəyişikliklər edilərək xüsusi hərəkət zolaqlarının fəaliyyəti təmin ediləcək.

"Stabil.az" bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat paylaşıb.

Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbasov küçəsi, Mikayıl Əliyev küçəsi, Yusif Səfərov küçəsi və Mikayıl Müşfiq küçəsində yaradılacaq.

Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol