Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neft həcmi açıqlanıb
2025-ci ildə Azərbaycandakı magistral neft kəmərləri vasitəsilə daşınan neft həcmi 6,31 faiz azalaraq 36 milyon 306,2 min ton olub.
"Stabil.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşınan neftin 74,9 faizi əsas ixrac kəməri olan Bakı–Tbilisi–Ceyhan (BTC) ilə nəql edilib və il ərzində bu kəmərlə daşınma 7,77 faiz azalaraq 27 milyon 179,2 min ton təşkil edib.
Bu dövr ərzində BTC kəməri ilə daşınan neftin 84,8 faizi, yəni 23 milyon 56,9 min tonu Azərbaycanda hasil edilən neftdən, 15,2 faizi, yəni 4 milyon 122,3 min tonu isə Türkmənistan və Qazaxıstandan gətirilən neftdən ibarət olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





