Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa edilir
19 May 2026 10:33   Paylaş

Azərbaycan və Gürcüstan tərəflərinin əldə etdiyi razılaşmaya əsasən, mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı istiqamətində gündəlik sərnişin qatarlarının fəaliyyəti yenidən fəaliyyətə başlayacaq.

"Stabil.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol