Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb
19 May 2026 23:10   20 May 2026 01:13 Paylaş

"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkət cədvəli müəyyənləşdirilib.

"Stabil.az" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

Qeyd olunub ki, marşrut üzrə sərnişindaşımanın təşkili və digər texniki məsələlərlə bağlı tərəflər arasında müvafiq işlər davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol