Bakı-Supsa neft kəmərinin operatorluğu SOCAR-a verilib
8 iyun 2026-cı il tarixindən etibarən Qərb İxrac Boru Kəməri və onun ayrılmaz hissəsi olan Supsa terminalı “SOCAR Midstream Operations” MMC-nin operatorluğuna keçib.
"Stabil.az" “SOCAR Midstream Operations"a istinadən xəbər verir ki, Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, bp ilə mövcud operatorluq müqaviləsi başa çatıb və əməliyyat məsuliyyəti “SOCAR Midstream” tərəfindən qəbul edilib.
Qeyd olunur ki, Xəzər regionunu Qara dəniz və beynəlxalq bazarlarla birləşdirən əsas enerji marşrutlarından biri olan QİBK regional enerji infrastrukturunun mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini qorumaqda davam edir.
Xatırlada ki, öncə qeyd olunan infrastruktur obyektlərinin operatoru BP şirkəti idi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





