Bakı–Supsa kəməri ilə 738 milyon barel neft nəql edilib
17 Aprel 2026 19:31   Paylaş

Cari ilin aprelin 1-nə olan məlumata əsasən, Bakı–Supsa neft kəməri ilə 738 milyon barel neft daşınıb.

"Stabil.az" SOCAR-a istinadən xəbər verir ki, 17 aprel 1999-cu il – Bakı–Supsa neft kəməri istifadəyə verilib.

“Azərbaycanın müasir enerji strategiyasında mühüm yer tutaraq, Azərbaycan neftinin Qara dəniz vasitəsilə dünya bazarına çıxışını təmin edir. “Əsrin müqaviləsi”ndən sonra həyata keçirilən ilk beynəlxalq ixrac layihələrindən biri kimi Azərbaycan neftinin ilk dəfə Qərb istiqamətində ixracını mümkün edib.

Regionda enerji əməkdaşlığının inkişafına töhfə verərək, sonrakı iri nəql layihələrinin reallaşdırılması üçün möhkəm zəmin yaradıb”,- deyə məlumatda qeyd olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol