Bakı–Sumqayıt–Bakı ekspres qatarlarının dayanacaqlarına Bakıxanov və Sabunçu əlavə olunub
Bu gündən etibarən Sumqayıt–Bakı marşrutu üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısı genişləndirilib. Belə ki, qatarlar artıq Bakıxanov dayanacağında da saxlayacaq.
"Stabil.az" bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verib.
Məlumata görə, sözügedən xətt üzrə saat 07:30 və 08:00-da həyata keçirilən reyslərin Bakıxanovda dayanması sərnişinlərin rahatlığını artıracaq.
Bununla yanaşı, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta yola düşən ekspres qatar Sabunçu stansiyasında da dayanacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





