Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtın 555 küçəsi yuyulub
30 Mart 2026 18:59   Paylaş

Martın 30-da paytaxtda kommunal xidmətlər genişmiqyaslı təmizlik işləri həyata keçirərək küçə və yol kənarlarını, həyət və məhəllələri tozdan təmizləyib və mövcud yaşıllıqlara qulluq göstərib.

"Stabil.az" bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl yağan şiddətli yağışların fəsadlarının tam şəkildə qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini verib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol