Bakı-Şamaxı və digər əsas avtomobil yollarında təhlükəsizlik tədbirləri artırılıb
11 Fevral 2026 12:26   Paylaş

Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında və Ağsu aşırımlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.

"Stabil.az" Baş Dövlət Yol Polis İdarəsinə istinadən xəbər verir ki, digər aidiyyəti qurumların əməkdaşları ilə birgə yollar və nişanlar qardan təmizlənir, qum və duz səpilir.

Sürücülərin mənzil başına təhlükəsiz çatmaları üçün bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol