Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırılıb - VIDEO
17 May 2026 16:37   17 May 2026 16:39 Paylaş

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqlarının qaldırılması mərasimi keçirilib.

"Stabil.az" xəbər verir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Bayraqların qaldırılması mərasimi sessiyanın rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha göstərir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol